FollowBrain haqqında

Biz, "FollowBrain" proqram məsulu olaraq, namizədlərin və işçilərin qiymətləndirməsi üçün bulud texnologiyaları əsasın proqram təminatı xidmətini təqdim edirik.

Recent Works

Bizimlə Əlaqə

«FollowBrain» - Bulud Texnologiyaları əsasında Namizədlərin, İşçilərin və digər istifadəçilərin qiymətləndirilməsi, imtahan, sorğu İdarəetmə Portalı
 
Şirin Mirzayev 68a küçəsi, 101, Bakı, Azərbaycan
P: (+99450)-222-0058 
Email: info@quizmindup.com

Bizim haqqımızda və xidmətlərimiz

«FollowBrain» - Bulud Texnologiyaları əsasında Namizədlərin, İşçilərin və digər  istifadəçilərin qiymətləndirilməsi, imtahan, sorğu İdarəetmə Portalı

 

«FollowBrain» layihəsinin məqsədi əsasən işəgötürən, insan resursları sahəsinin mütəxəssisləri, orta və kiçik sahibkarlıqla məşğul olan şəxslərin elan etdikləri

vakansiyalar üzrə vaxta qənaət etməklə, namizədləri və işçiləri qiymətləndirilməsini həyata keçirməkdir. 
 
Portal vasitəsilə sual bazasının formalaşdırmaq, vakansiyalar yaratmaq və namizədlərin/işçilərin uyğun vakansiya üzrə qiymətləndirməsi (imtahan keçirmə) imkanını əldə edəcəksiniz. Bundan əlavə, əgər hər hansı konkret sahə üzrə keyfiyyətli sual formalaşdıracaq mütəxəssisləriniz yoxdursa, müvafiq sahə üzrə onlayn mağazamıza müraciət etməklə, hazır ekspertlərimiz tərəfindən hazırlanmış test bazalarını ödənişsiz və ya ödənişli yolla əldə edə bilərsiniz. Tamamilə təhlükəsiz olaraq, öz namizədlərinizi 24/7 qiymətləndirmək imkanı əldə edəcəksiniz. Həmçinin ayrıca olaraq, işçiləriniz arasında sorğu təşkil etmək imkanı da mövcuddur. Qiymətləndirmə maksimum avtomatlaşdırılaraq, tam şəffaf şəraitdə aparılır.
 
Hər bir müştərimizə (kadr, işəqəbul mütəxəssisləri, kiçik və orta sahibkarlar, təhsil mütəxəssisləri) xüsusi öz şirkətinizin adına URL (subdomain) olaraq İdarəçi panel “Dashboard” verilməsi nəzərdə tutulub. Bura əlavə olaraq, imtahandan keçən namizədlər və işçilər üçün xüsusi İmtahan Mərkəzi də daxildir. 
 

Sistemdən kimlər yararlana bilər:

  • Kadr və işəgötürən mütəxəssisləri - rekrutorlar (HRs / Recruiters)
  • Orta və kiçik sahibkarlıqla məşğul olan menecerlər
  • Təlimçi- koordinatorlar (Training manager & coordinators)
  • İşçilərin qiymətləndirməsi və monitorinqi üzrə mütəxəssislər (Evaluation and monitoring specialists)
  • Təhsil mütəxəssisləri, pedaqoqlar - müəllimlər (Educators)
  • Fərqli vakansiyalar üzrə qiymətləndiriləcək namizədlər və işçilər.

Mövcud problemlər 

Şirkət və kadr mütəxəssisləri tərəfindən hal-hazırda mövcud problemlər yaşanır:

  • Lazımsız namizədlər və işçilər ilə müsahibə zamanı vaxt itkisi;
  • Namizədlərin və işçilərin bilik səviyyələrini əvvəlcədən bilməmək;
  • Əsasən baha qiymətə olan server-əsaslı proqram təminatların mövcud olması və bu sistemlərə xərc çəkməklə, effektiv olmaması
  • Azərbaycandan uyğun qiymətə bulud texnologiyaları (SaaS) əsasın bir çox həllərin olmaması 
  • Bir çox şirkətlərdə mərkəzləşdirilmiş qiymətləndirmə siyasəti olmaması
  • Bir çox hallarda namizəd və işçilərin öz şirkət daxili kadr işçilərin sual bazalarına güvən olmaması. 

Portalın göstərdiyi əsas xidmətlər: 

Bizim müştərilərimiz, aşağıdaki xidmətləri əldə edəcəklər:

  • Namizəd və İşçilərin qiymətləndirilməsi xidməti
  • Fərqlı sahələr (ixtisas üzrə) hazır test bankı/mağazası satışı xidməti
  • Namizədlər və işçilər arasında sorğuların təşkili xidməti
  • Öz saytınızda və digər kənar iş saytlarında yerləşdirmək üçün xüsusi kod generasiyası imkanı (Vakansiyalarına, namizədlərin avtomatik göstərilməsi və namizədlərin müraciətlərin avtomatlaşdırılması)
  • Namizədlər, işçilər və digər qiymətləndirmək istədiyiniz istifadəçilər üçün xüsusi İmtahan Mərkəzi
  • Namizədlərin təklif və şikayətləri üçün xüsusi “Sorğular üzrə Dəstək” Apelasiya (helpdesk) imkanı
  • Sertifikatlar bazası (xüsusi sertifikat şablonların yüklənməsi və generasiyası) xidməti
  • Yazışma (mesaj) modulu
  • Xüsusi planlama aparmaq üçün Təqvim 
  • Təhlil üçün analitik hesabatlar. 

Sektor olaraq aşağıdaki sahələr əhatə edilir: 

  • Bank, sığorta və lizinq; 
  • Orta və holdinq şirkətləri; 
  • Neft-qaz və sənaye; 
  • Dövlət müəssisələri (nazirliklər, komitələr, bələdiyyələr, fondlar və s.); 
  • İstehsalat və kommersiya şirkətləri; 
  • Xidmət sahəsi üzrə mütəxəssisələr; 
  • Otel, restoran, əyləncə və digər turizm obyektləri; 
  • İT avadanlıqlar və proqram təminatı xidmətləri göstərən şirkətlər; 
  • Tibb müəssisələri; 
  • Təhsil müssisələri, məktəblər, baxçalar; 
  • Təchizat və distribütor şirkətləri və s.

Ekspertlər üçün özəl təklif - YÜKLƏ

Son Tweet

Contact Us

  • Address: Shirin Mirzayev 68a küç, Bakı, Azərbaycan

  • Phone: (+99450) 222-0058

  • Email: info@quizmindup.com